“Qızıl top” sahibinə bu tarixdə təqdim olunacaq

0
12

2025-ci ildə keçiriləcək “Qızıl top” mükafatlandırma mərasiminin tarixi açıqlanıb.

Mükafatın təşkilat komitəsinin verdiyi məlumata görə, 2025-ci ildə qala tədbiri sentyabrın 22-də Parisin Şatle Teatrında keçiriləcək. Bu, 69-cu Ballon d’Or mərasimi olacaq.

Ötən il nüfuzlu mükafatı “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qazanmışdı.

Bu il mükafatı qazanmaq üçün favoritlər bunlardır:

Ousmane Dembele (PSJ, Fransa);

Lamin Yamal (Barselona, ​​İspaniya);

Rafinha (Barselona, ​​Braziliya).