Qızılın qiyməti kəskin şəkildə artmaqda davam edir.
Ticarət platformasından verilən məlumata görə, “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) ticarət zamanı qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 2400 dolları ötüb.
Qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 2 402,4 dollar (+1,75%) təşkil edib.