Qızıl cütlük: Azərbaycanın payız geyimində olan ən mənzərəli guşəsi

0
1111

Qızıl cütlük: Azərbaycanın payız geyimində olan ən mənzərəli guşəsiTəsadüfi deyil ki, payızın erkən dövrünü “qızıl payız” adlandırırıq. Çünki bu dövrdə təbiət dəyişir, ağaclar sarı və qızılı rəngə boyanır, yarpaqlarını tökür. Yeridikcə ayaq altında qurumuş yarpaqlar xışıldayır.

Azərbaycanın ən ucqar və dilbər guşələrindən çəkilmiş payız mənzərələrinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

Baxmayaraq ki, hələ havalar nisbətən isti keçir, amma qışın yaxınlaşdığı hiss olunur. Ağaclar limon sarısı, alov qırmızısı və qızılı mis rənglərinə boyanıb. Belə bir vaxtda meşədə gəzmək, təbiətin rənglərindən həzz almaq, yeri örtmüş xəzəlləri tapdamaq insana xüsusi zövq verir.

Göygöl Milli Parkını Azərbaycanın ən gözəl guşələrindən biri adlandırmaq olar. Çünki burada suyu mavi və zümrüdüyə çalan olduqca gözəl göl var. Onun ətrafını isə subalp meşələr, Kəpəzin zirvələri ilə əhatələnmiş gözəl dağ görüntüləri həlqə kimi sarıb. Şübhəsiz, insan bu ideal yerdə payız mövsümünün bütün cazibəsini, gözəlliyini və əzəmətini hiss edir.

Qızıl cütlük: Azərbaycanın payız geyimində olan ən mənzərəli guşəsiQızıl cütlük: Azərbaycanın payız geyimində olan ən mənzərəli guşəsiQızıl cütlük: Azərbaycanın payız geyimində olan ən mənzərəli guşəsiQızıl cütlük: Azərbaycanın payız geyimində olan ən mənzərəli guşəsiQızıl cütlük: Azərbaycanın payız geyimində olan ən mənzərəli guşəsiQızıl cütlük: Azərbaycanın payız geyimində olan ən mənzərəli guşəsiQızıl cütlük: Azərbaycanın payız geyimində olan ən mənzərəli guşəsiQızıl cütlük: Azərbaycanın payız geyimində olan ən mənzərəli guşəsi