Alimlər Qiyamət saatının əqrəbini gecə yarısına bir saniyə yaxınlaşdırıblar – 89 saniyəyə qədər.
Bu barədə məlumat tədbirin yayımlandığı “Bulletin of Atomic Scientists” jurnalının saytında yer alıb.
“Bu, dünyanın indiyə qədər gecə yarısına ən yaxın olduğu vaxtdır”, – “Bulletin”in elm və təhlükəsizlik şurasının sədri Daniel Holts bildirib.
Saatın üzərindəki vaxt dünyadakı gərginliyi, gecə yarısı isə nüvə eskalasiyasına keçidi simvolizə edir.
Xatırladaq ki, “Qiyamət günü saatı” ilk dəfə 1947-ci ildə jurnalın üz qabığında görünüb.
Yanvarın 24-də Britaniyanın “The Daily Mail” qəzeti Amerikanın SAFE şirkətinə istinadla yazıb ki, nüvə müharibəsi baş verəcəyi təqdirdə ABŞ-ın Virciniya ştatında dəbdəbəli bunker tikiləcək. O, restoranlar və hovuzlar, boulinq meydançası və dırmaşma divarı ilə təchiz olunacaq. Bundan əlavə, bunkerdə layihəyə əsasən, süni intellektdən istifadə etməklə sağlamlıq vəziyyətini yoxlamaq mümkün olacaq.