Qışda evinizdən əksik etməyəcəyiniz qida – Hər dərdin dərmanı

0
205

Keçmişdən indiyə qədər insanlar alternativ təbabətin nemətlərindən faydalanmaq istəyirlər.

Bu səbəbdən bitkilərin möcüzələri bu gün də araşdırılmağa və istifadə olunmağa davam edir.

Bu bitkilərdən biri də reyhandır. Türkiyədə xüsusilə Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində yeməklərdə geniş şəkildə istifadə edilən reyhan, sağlamlıq baxımından da çoxlu faydalara malikdir.

Soyuq qış ayları ilə birlikdə xəstəliklər də başlayır. Xüsusilə güclü immun sistemi olmayan və tez-tez xəstələnən insanlar reyhan istifadə etsələr yaxşı olar.

Reyhan bitkisi həzmi tənzimləyərək, həzm problemlərinin qarşısını alır.

Mədə xəstəliklərinə müalicəvi təsir göstərir.

Bulantı problemi olan insanlara rahatlıq verir.

Bağırsaqlardakı parazit və bakteriyaları azaldır.

Orqanizmdə yığılan zərərli maddələrin aradan qaldırılmasını təmin edir.

Sinir sisteminə xeyirlidir. Sakitləşdirici təsirə malikdir.

Dərinin təravətləndirilməsi üçün faydalıdır.

Antibakterial xüsusiyyətə malikdir. Buna görə də immunitet sistemini gücləndirir.

Migren kimi ağrı vəziyyətlərində ağrıları aradan qaldırmağa kömək edir.

Bronxları təmizləyir.

Ağciyər dostudur.

Tərkibindəki tanin və flavon ilə xərçənglə mübarizədə aktiv rol oynayır.

Yorğunluq və zəiflik üçün mükəmməldir.

Qaraciyər üçün faydalıdır.

Öskürəyə xeyirlidir.