Qışda dərinizi belə qoruyun: Dermatoloqun tövsiyəsi

0
230

Məşhur şeirdə deyildiyi kimi, Bakı ağ örpəyə bürünüb. Odur ki, soyuq havada dərinin qeydinə daha çox qalmalısınız, xüsusilə nəmləndirməyi unutmaq olmaz.

Dermatokosmetoloq Tatyana Malışevanın sözlərinə görə, qışda dərinin qurumasının qarşısını almaq üçün tez-tez dəri tipinə uyğun nəmləndiricilər tətbiq etmək lazımdır.

“Hava soyuq və küləklidir, otaqlar qışda qızdırılır ki, bu da dəridə quruluq, çatlar, qızartılar, qabıqlar əmələ gəlməsinə səbəb olur. Sözsüz ki, dərinizin hansı vəziyyətə düşməsi onun növündən də asılı olacaq. Məsələn, dəri həssas və ya qurudursa, süd tərkibli tonikləri məsləhət görürəm. Yağlı və ya yağlılığa meylli dəriləri qışda onu köpük gellə yumaq daha yaxşıdır. Eyni zamanda, SPF mühafizəsindən istifadə etmək vacibdir, çünki UVA şüaları bütün il boyu aktivdir.

Bütün bu qulluq komponentlərsə qışda hər növ dəriyə kömək edəcək: hialuron turşusu, trehaloza, karbamid, lipidlər olan kremlər çox yaxşı kömək edir. Bundan əlavə, otaqdakı havanı nəmləndirmək və dərini yaxşı aşındırmaq lazımdır. Yeri gəlmişkən, bir çox pilinq maskaları hətta evdə hazırlana bilər, məsələn, yulaf və ya qəhvə maskası antiseptik təsirə malikdir”, – həkim izah edib