
Qırğızıstan parlamentinin deputatı hakimiyyəti zorla ələ keçirməyə cəhdlə bağlı saxlanılıb.
Bu barədə yerli “24” xəbər agentliyi respublikanın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
“Hakimiyyəti ələ keçirməyə cəhdlə bağlı cinayət işinin istintaqı çərçivəsində parlamentin deputatı Bakıtbek Jetigenov saxlanılıb”, – deyə məlumatda bildirilib.