Qırğızıstanda koronavirusla əlaqədar martın 21-dən qapadılan məscidlər yenidən dindarların istifadəsi üçün açılıb.Göstərişə əsasən, məscidə daxil olan insanların hərarəti ölçüləcək, onlara tibbi maska paylanılacaq
Camaat namazları qılınarkən isə dindarlar arasında azı 1,5 metr sosial məsafə gözlənilməlidir.
Qırğızıstanın baş müftisi Maksatbek Toktomuşev verilən qərara görə hökumətə öz minnətdarlığını bildirib.