Qidaları gözəgəlimli edir – Amma uşaqlar üçün böyük təhlükədir

0
133

Qidaları daha iştahaaçan və göz oxşayan etmək üçün istifadə edilən rəngləndiricilərin sağlamlığa təsiri uzun müddətdir müzakirə olunan mövzudur. Qanun çərçivəsində istifadə olunmayan məhsullar sağlamlığa ziyan vurur. Bu vəziyyətdən ən çox təsirlənənlər uşaqlardır.

Rəfləri bəzəyən rəngarəng yeməklər hər yaşdan insanı özünə cəlb edir. Məhsulları bu qədər cəlbedici edən “qida boyası” kimi tanınan rəngləndiricilərdir.

Bu rəngləndiricilərin bir çoxu qanuni tənzimləmələr çərçivəsində qidalara daxildir. Əsl problem qidalarda göstərilən standartlara uyğun olmayan rəngləndiricilərdir.

Aparılan elmi araşdırmalar xüsusilə, sintetik rəngləndiricilər həddindən artıq həssaslıq, astma, dəri səpgiləri, miqren, vaxtından əvvəl doğuş, xromosom zədələnməsi, qalxanabənzər vəzin şişi və xərçəng kimi sağlamlıq problemlərinə səbəb olur. Qidalarda istifadə edilən bəzi sintetik rəngləndiricilərin uşaqlarda davranış pozğunluqlarına səbəb olduğu bildirilir.