Qida zəhərlənmələrinin sayı AÇIQLANDI

0
966

2019-cu ilin yanvar-mart ayları ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 4334 müraciət daxil olub.

Agentliyin mətbuat xidmətindən bildirilib ki, daxil olan müraciətlərdən 89-u qida zəhərlənmələri ilə bağlı olub, həmin müraciətlərdən 41-nin qida zəhərlənməsi olduğu öz təsdiqini tapıb.

“Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib. Baş vermiş zəhərlənmə hadisələrindən 10-u botulizm zəhərlənməsi olub. Bu zaman heç bir ölüm halı qeydə alınmayıb. Zərərçəkənlər daha çox ev şəraitində düzgün konservləşdirilməyən qidalar – pomidor, xiyar turşusu və badımcan kürüsündən zəhərləniblər”, – Agentlikdən qeyd olunub.