Abşeron rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və ” Bakı Qeyri -Hökumət Təşkilatlarının Resurs vəTəlim Mərkəzi”İctimai Birliyinin təşkilatçılıgı ilə ” Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri – hökumət təşkilatlarına 2022 ci il üzrə təşkilati- texniki xidmətlərin göstərilməsi” layihəsinin həyata keçirilməsi ilə bağlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Abşeron rayon İ H – nin İctimai Siyasi humanitar məsələləri şöbəsinin müdiri Vüqar Bəşirov açaraq sözü reyd olunmuş İctimai Birliyin rəhbəri Rauf Zeyniyə verdi
Rauf Zeyni layihənin məqsədini aydın şəkildə uzah edərək bildirdi ki,təşkilatımızın üzvü olan QHT rəhbərlərinin və personalının professional idarə etmə qabiliyyətlərinin artırılması üçün institusional(informativ,metodiki təşkilatı və digər)dəstəyin təşkil olunması və bununla ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdır.
Çıxış edənlər Milli QHT forumunun İctimai Şurasının könüllüləri adından Nərmin Kərimova,Azərbaycan Şəhid ailələri,Əlillər və müharibə veteranlarının müdafiəsi İB sədriSaleh Hacıyev
Qaçqın və deportasiya olunanlara dayaq”İB sədri Oqtay Sadıqov , Qazi Təbriz Qəhrəmanov, Habil Qocayev və başqa üzvlər qarşıya çıxan problemlərin həllində QHT lərin rolundan danışdılar.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və Sabitlik və İnkişaf Mərkəzi İB nin fəxri üzvü,”Yazarlar” jurnalının “İctimaiyyətlə Əlaqələr üzrə “meneceri ,AJB üzvü,Nəzakət Kərimova Əhmədova çıxlşında gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində,diasporlarla ,Şəhid ailələri,qazilər və müharibə iştirakçıları ilə gördükləri və görəcəkləri işlərdən söz açaraq təşkilatın fəaliyyətinin mətbuatda və mediyada iişıqlandırılmasının əhəmiyyətini qeyd etdi
Sonda İH nın söbə müdiri Vüqar Bəşirov Abşeron rayonu üzrə fəaliyyət göstərən 36 QHT dən 25 nin fəal oldugunu və bu sahədə onların fəaliyyətinə diqqətin artırılmasının zəruriliyinini iştirakçıların nəzərinə çatdıraraq bu sahədə QHT na ugurlar dilədi.
Yekun sözü ilə Rauf Zeyni çıxış edərək dedi:
Ədliyyə Nazirliyinə təqdim olunması,təşkilatın qeydiyyata alınması,layihələrin yazılması və idarə olunması ,müvafiq tədbirlərin keçirilməsi və digər məsələlərlə əlaqədar olaraq
bilik və bacarıqlarını artıraraq müasir tələblərə uygun təşkulatlanaraq fəaliyyətlərini yenidən quracaq, bu da ölkəmizdə yüzlərlə QHT-nin və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına təkan və dəstək olacaqdır
Nəzakət Kərimova Əhmədova,DAMM və S İM İB fəxri üzvü, yazar-publisist,AJB üzvü.