Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-dək davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxaçağı, dolu düşəcəyi gözıənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətinin mayın 13-ü saat 20:00 olan məlumatına əsasən Kürdəmir, Sabirabad, Şəmkir, Daşkəsən, Yevlax, İsmayıllı, Gəncə, Göygöl, Gədəbəy, Tovuz, Ağstafa, Beyləqan, Şahbuz, Ordubad, Naftalan, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qobustan, Sarıbaş, Ləzə(Qusar), Xaltan, Şahdağ, Zərdab, Cəfərxan, Salyan, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Neftçalada şimşək çaxıb, arabir yağış yagıb, bəzi yerlərdə leysan xarakterli olub.
Dolu: Saat 18:35-də 30 saniyə ərzində Samux rayonunun İnstitut qəsəbəsinə diametri 6-7 mm olan dolu düşüb.
Külək: Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Salyanda 18 m/s, Şəkidə 16 m/s-dək güclənib