Qazıntı işi aparan fəhlələr 900 illik tarixi olan qədim tunel aşkar edib – FOTO

0
369

Uelsdə yeraltı kabel xəttinin çəkilməsi üçün qazıntı işləri aparılarkən təxminən 900 il yaşı olan orta əsrlərə aid tunel aşkar edilib.

Yeraltı tunelin Monmutşir qraflığında yaxınlığında yerləşən 1131-ci ilə aid abbatlığın xarabalıqları yaxınlıqda aşkar edildiyi qeyd olunur.

Tunel kərpicdən inşa edilib, onun hündürlüyü 1,2 metrdir. Tunel Uelsin Tarix və Mədəni İrsin Mühafizəsi Agentliyi tərəfindən nəzarətə götürülüb.

Hazırda tarixi tuneldə və ətraf ərazidə arxeoloji tədqiqatlar aparılır.