Qazilərə əlillik dərəcəsi necə verilir?

0
504

“Qazilərə əlillik dərəcəsinin verilməsi üçün onlar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında ilk növbədə şəhadətnamə almalıdırlar”.

Bu barədə jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev məlumat verib. 

O bildirib ki, bu şəhadətnamə ilə onların sənədləri sistemə daxil edilir:

“Bu mərhələdən sonra onlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etməlidirlər. Artıq növbəti mərhələlər Müdafiə Nazirliyinin səlahiyyətində deyil”.

F.Nəbiyev “YAŞAT” Fondu ilə bağlı daha bir məsələyə münasibıt bildirərkən deyib ki, Tibbi Sığorta haqqında Qanunda müddətli həqiqi hərbi xidmətdə olan əsgərlərin tibbi sığortası tənzimlənir:

“YAŞAT” Fondu ilə bağlı məsələyə də aydınlıq gətirim. Qanunla müddətli həqiqi hərbi xidmətdə olanların tibbi sığorta məsələləri Müdafiə Nazirliyinin müalicə müəssisələrində həyata keçirilir.

Ancaq Müdafiə Nazirliyinin hərbi hissələrindən tərxis olunduqdan sonra 4 il müddətinə (2024-cü ilə qədər) dövlət üzərinə götürür. Onlar tərxis olunduqdan sonra “YAŞAT” Fonduna, tibbi sığortaya və müxtəlif dövlət qurumlarına müraciət edə bilərlər. Burada heç bir məhdudiyyət yoxdur”.