Qazi adı altında videosu yayılan Bakı sakini danışdı – Video

0
351

Qatar qəzasında hər iki ayağını itirən İmran Lalayevin videosu çəkilərək qazilərə həsr olunan mahnının fonunda Tik-Tok sosial şəbəkəsində paylaşılıb. Qazi olmadığını bildirən İmran Lalayev buna etiraz edib.

Bakıdakı teatrlardan birinin aktyoru olan İmran Lalayev 2013-cü ildə – 21 yaşında qatar qəzasında hər iki ayağını itirdiyini bildirib. Bundan sonra isə protez ayaqla hərəkət etməyə başlayıb.

O deyir ki, işdən çıxıb metronun “Həzi Aslanov” stansiyasından “Koroğlu” stansiyası istiqamətinə getdiyi zaman onun xəbəri olmadan tanımadığı şəxs videosunu çəkərək Tik-Tok sosial şəbəkəsində paylaşıb. Paylaşan şəxs həmin videonun üzərinə isə qazilərə həsr olunan mahnını montaj edib. Videoda istifadəçilər onun qazi olması ilə bağlı şərhlər yazıblar.

Məsələndən xəbər tutan İmran Lalayev və dostları videonun silinməsi ilə bağlı şərhlər yazıblar. Ancaq heç bir faydası olmayıb.

İmran Lalayev icazəsini almadan onun videosunu çəkib paylaşan şəxsi məhkəməyə verəcəyini deyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

https://daytube.az/embed/122074