Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?

0
85

Kirants kəndinin sakinlərinin təklifi Ermənistan hökuməti tərəfindən rədd edilib.

Bu barədə kənd sakinlərindən biri jurnalistlərlə söhbətində məlumat verib.

Aprelin 29-da bir qrup Kirants sakini baş nazir Nikol Paşinyanla görüşmək üçün İrəvana gəlib. Görüşün sonunda iştirakçılar son dərəcə depressiyaya düşmüş görünüblər.

Onlar gözləntilərinin doğrulmadığını və nəticədən narazı olduqlarını bildiriblər.

“Hayastan” blokunun deputatı Qeqam Nazaryan bildirib ki, kənd sakinləri qeyri-müəyyənlik içində qalıblar.

“Sakinlərin yeni sərhədin sovetlərin vaxtındakı demarkasiyaya uyğun olması ilə bağlı təklifləri qəbul edilməyib, bəlkə də sərhəd kəndin içindən keçə bilər”, – Nazaryan bildirib.

Deputatın sözlərinə görə, sakinlərə hətta sovet sərhədinin “səhv” olduğunu deyiblər.

Deputat bildirib ki, kənd sakinləri şok vəziyyətindədirlər.