
Qazaxıstanda iğtişaşlar zamanı saxlanılanların sayı 5969 nəfərə çatıb, onların arasında əcnəbilər də var.
Əməliyyat qərargahının iclasında bildirilib ki, təhlükəsizlik qüvvələri təmizləmə işlərini davam etdirir. Hazırda bütün bölgələrdə vəziyyət sabitləşib.
“Hüquq-mühafizə orqanları əvvəllər zəbt olunmuş bütün inzibati binaları boşaldıb, kommunal obyektlərin işi bərpa olunur. Həmçinin terrorçuların axtarışı və həbsi davam etdirilir”, – deyə məlumatda bildirib.
Bazar günü səhər hakimiyyət Almatıda 850, Çimkənddə isə 400-ə yaxın etirazçının saxlandığını bəyan edib.
Xatırladaq ki, Qazaxıstanda iğtişaşlar maye qazın bahalaşmasına etiraz olaraq başlayıb. Hazırda ölkədə fövqəladə vəziyyət hökm sürür.