
Qazaxıstanın Petropavlovsk şəhərində yataqxanada partlayış baş verib.
Bu barədə şəhərin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
“Partlayış binanın birinci mərtəbəsində baş verib. İki nəfər ölüb, 13 nəfər xəsarət alıb”, – məlumatda bildirilib.
Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.