Qazaxıstanda parlament seçkiləri keçirilir

0
287

Qazaxıstanda parlament məclisinə (aşağı palata) və məslihatlara (hakimiyyətin yerli nümayəndəlikləri) növbəti seçkilərdə səsvermə davam edir.

Nur-Sultan vaxtı ilə saat 07:00-da (Bakı vaxtı ilə 05:00) Qazaxıstanın əksər bölgələrində seçki məntəqələri açılıb.

Nur-Sultan vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 06:00) ölkənin qərb bölgələrində – Qərbi Qazaxıstan, Atırau, Aktübin, Qızıl Orda və Manqistau vilayətlərində səsvermə başlanılıb.

Artıq yerli vaxtla saat 12:00-a olan iştirak faizləri açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Anastasiya Şeqortsova brifinqdə açıqlama verib.

O qeyd edib ki, seçkilərində iştirak aktivliyi 28,8 %-dir.

Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev və həmçinin birinci prezident – Elbası Nursultan Nazarbayev də seçkilərdə səs veriblər.

Dövlət başçısı Məktəblilər Sarayında yerləşən 58 saylı seçki məntəqəsində səs verib.

Səsvermədən sonra Tokayev bildirib ki, seçkilər ölkə demokratiyasının inkişafında addım olmalıdır.