Qazaxıstanda ölüm hökmü ləğv olunur

0
279

Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) ölüm hökmünün ləğv olunması barədə qanunvericiliyə dəyişiklik edib.

Təklif olunan dəyişikliklər ölüm hökmünü Cinayət Məcəlləsindəki bütün müvafiq maddələrdən çıxarılmasını nəzərdə tutur. 

Bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs olacaq.

Senat qanuna dəyişikliyi BMT-nin Mülki və Siyasi Hüquq Haqqında Paktın ikinci fakültativ protokolu əsasında hazırlayıb.