Qazaxıstanda modul hospitalın tikintisində yeyinti halları araşdırılır

0
298

Qazaxstanın antikorrupsiya xidməti Almatıda inşa olunan mobil xəstəxananın tikintisi ilə bağlı araşdırmaya başlayıb. Qeyri-rəsmi məlumatlara əsasən, tikinti işləri üçün ayrılan 5.9 milyard tengenin 3.9 milyardı, yəni təxminən 66%-i mənimsənilib.  

Yeyinti halları barədə şayiə xarakterli məlumatlar ölkə KİV-ində dərc olunub. Hökumət rəsmiləri “Dövlət əmlakının külli miqdarda mənimsənilməsi” maddəsi üzrə istintaqın başlanılmasını təsdiq ediblər. Lakin səslənən rəqəmlər barəsində hələ ki, heç bir rəsmi məlumat yoxdur.

Qeyd edək ki, 280 yataqlı modul hospitalı 2020-ci ilin aprel ayında 18 gün ərzində inşa olunub. Xəstəxanada 28 reanimasiya yeri də var.