“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır: “Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər göndərib və hazırda İrəvandan cavab gözləyir”.