
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün ölkədəki vəziyyətlə bağlı xalqa müraciət edəcək.
“Bu gün nahar vaxtı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqına müraciət edəcək”, – dövlət başçısının rəsmi nümayəndəsi Berik Uali bildirib.
Bildirilir ki, müraciət dövlət telekanallarının efirində yayımlanacaq.