Qazaxıstan hökuməti yanacağın qiymətini təsdiq etdi

0
344

Qazaxıstan hökuməti 180 gün ərzində benzin və dizel yanacağının qiymətlərinin dövlət tənzimlənməsini tətbiq edib.

Bu barədə respublikanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, yanacaqdoldurma məntəqələrində mayeləşdirilmiş neft qazının pərakəndə satışı üçün 180 gün müddətinə maksimum qiymətlər müəyyən edilib.

Etirazların başladığı Manqistau vilayətində yanacağın bir litri 50 təngəyə (0,11 dollar), Alma-Atada 65 təngəyə (0,15 dollar), paytaxt Nur-Sultanda 70 təngəyə (0,16 dollar) satılacaq.

Mayeləşdirilmiş neft qazının elektron ticarət platforması vasitəsilə satışına tam keçid bir il müddətinə təxirə salınıb.