Qazaxıstan gəmisi ilk dəfə Bakıdan Türkiyə və İtaliyaya yük daşıyacaq – FOTO

0
308

Qazaxıstanın “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus konteyner gəmisi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Aktau-Bakı marşrutu ilə ilk səyahətini reallaşdırıb.

Bakı Limanından verilən məlumata əsasən, bu gün səhər saatlarında limana çatan gəmidən konteynerlərin sürətli şəkildə aşırılması işi həyata keçirilir.

Gəmi vasitəsi ilə ilk səfər çərçivəsində 125 konteyner daşınıb ki, onlardan 123-ü ölkəmizdən tranzit keçməklə dəmir yolları ilə Türkiyə və İtaliyaya daşınacaq, iki konteyner isə idxal üçün nəzərdə tutulub.

Bu konteynerlərin 85 ədədində tomat pastası, digər konteynerlərdə isə qarışıq məhsullar daşınır.