Qazaxıstandakı iğtişaşlar zamanı ümumilikdə 16 nəfər polis, Milli Qvardiya və Müdafiə Nazirliyinin əməkdaşı həlak olub, 1300-dən çoxu isə yaralanıb.
Bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“İctimai asayişin qorunması və ölkənin konstitusiya quruluşunun müdafiəsi zamanı 16 nəfər iğtişaşçılar tərəfindən öldürülüb, 1300-dən çox polis, Milli Qvardiyanın və Müdafiə Nazirliyinin, eləcə də xüsusi təyinatlı orqanların əməkdaşları yaralanıb”, – məlumatda deyilir.
Qeyd edək ki, yanvarın 6-da “Tengrinews.kz” saytı ölkənin Daxili İşlər Nazirliyinə istinadən 18 hüquq-mühafizə orqanı əməkdaşının ölümü ilə bağlı məlumat yaymışdı. Almatı komendantlığının məlumatına görə, ölənlərdən ikisinin başı kəsilmiş halda tapılıb