Qazaxıstan Çinlə birlikdə Ayda stansiya tikəcək

0
74

2030-cu ildə Qazaxıstanın iştirakı ilə Ay stansiyası layihəsinin aktiv fazasına start veriləcək.

Bu barədə ölkənin rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev məlumat verib.

Onun sözlərinə görə, Çin tərəfi ilə 2030 – 2035-ci illəri əhatə edən aktiv fazanın, o cümlədən tikintinin aparılmasını nəzərdə tutan memorandum imzalanıb.

“Stansiya özü Ayda və ya orbitdə yerləşəcək. Onun məqsədi elmi tədqiqatların aparılmasıdır. Hazırda tədqiqatların hansı formada aparılacağı – Ayda insanların daimi mövcudluğu və ya robotların cəlb edilməsi, ya da başqa variantalar müzakirə edilir”, – deyə nazir izah edib.

O, qeyd edib ki, hazırda layihə başlanğıc mərhələdədir, buna görə də hər hansı maliyyələşdirmə hələ müzakirə olunmur.