Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıblar – FOTO

0
297

Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıblar.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat yayıb.

Bildirilib ki, may ayının 21-də saat 02:12 radələrində rayonun İkinci Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycanın Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən beşi azyaşlı olmaqla, altı nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı onlardan 1997-ci il təvəllüdlü Bukavadze Aybəniz Rafiq qızının əvvəllər də eyni cinayət əməlini törətməsinə görə axtarışda olması müəyyənləşdirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.