Qazaxda ermənilərlə görüş və İrəvanın 31 kəndimizi işğal etmək PLANI

0
160

Bu gün Baş nazirin müavini Şahin Mustafayevlə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan Qazax-İcevan sərhədində görüşəcək: tərəflər dövlət sərhədinin delimitasiya və demarkasiya müzakirə edəcək;

İndiyə qədər delimitasiya komisiyalarının 4 görüşü keçirilib: ikisi sərhəddə – Arazdəyən və Qazax; ikisi xaricdə – Moskva və Brüssel; bütün görüşlərdə yeganə nəticə “danışıqların davam etdirilməsi üzrə razılaşma” olub;

Qazax sərhədində keçiriləcək bugünkü görüş sayca beşincidir və nəticənin əvvəlkilərdən fərqli olacağı sual altındadır. Çünki:

– tərəflər arasında sərhədin hansı xəritələr üzrə müəyyən edilməsinə dair fikir ayrılığı davam edir;
– işğal altında qalan 8 kəndin – Qazaxın 7 və Kərki kəndi – azad edilməsinə qarşı İrəvan “erməni kəndləri” iddiasını irəli sürüb;
– sərhəd məsələsində hansısa razılaşma xəritələrin saxlanıldığı Moskvanın prosesə qoşulmasını şərtləndirir. Ki, görüşün Qərb cəbhəsi bununla razılaşmayacaq;

Ermənistan parlamentinin spikeri Alen Simonyanın son iddiaları İrəvanın “əlini yüksəltdiyini” göstərdi. Erməni spiker 8 kəndin qaytarılmasına qarşı bildirir ki, “Ermənistanın 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır. Bu 31 kəndin qaytarılmasından da danışmalıyıq”.

İrəvan “31 kəndə” Başkəndi və müharibədən sonra dövlət sərhədini9n bərpası nəticəsində ordumuzun nəzarət zonasına düşən əraziləri daxil edir. Və bu iddia ilə ya 8 kəndin qaytarılmasını arxa plana keçirmək, ya da Başkəndi almaq və ordumuzun sərhədboyu mövqelərindən geri çəkilməsini təmin etmək istəyirlər. Nəticə etibarilə, Azərbaycan və Ermənistanın sərhədlə bağlı gündəliyi fərqlidir.