Qazaxda 18 yaşlı qızları maşın vurdu

0
478

Qazaxda 18 yaşlı qızları maşın vurdu

Qazaxda iki piyadanı avtomobil vurub.

Hadisə Bakı-Qazax magistral yolunun İkinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan ‘Tofaş” markalı avtomobil yolu keçmək istəyən kənd sakinləri 2001-ci il təvəllüdlü Mirzəliyeva Gülnur Məqsəd qızını və onun həmyaşıdı olan Məmmədova Tamaşa Əli qızını vurub. Xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.

Qəzanı törədən sürücü saxlanılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.