Qazax gəncləri 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə yeni aksiya həyata keçiriblər.
Gənc Könüllülər karantin dövründə, xüsusilə müəyyən zəruri məhdudedici tədbirlərin sərtləşdirildiyi günlərdə vətəndaşların, o cümlədən şəhid ailələrinin hərəkət və yaşayış yerini tərk etmək imkanlarının məhdudlaşdığını, onların digər gündəlik işlərinə vaxt sərf etdiklərini nəzərə alaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Şəhidlərin xatirəsinin əziz tutulacağını, uğrunda canlarını fəda etdikləri vətənin onları unutmayacağını öz fəaliyyətləri ilə sübut edən gənclər şəhid qəbirlərinin ətrafını təmizləyib, ərazini səliqəyə salıblar.
Gənc Könüllülərin bu nəcib aksiyası şəhidlərin ailələri tərəfindən rəğbətlə qarşılanıb.