
“Yaxın zamanda qaz sayğaclarına müdaxilə ilə bağlı hüquqi sənədin təsdiqi gözlənilir”.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev məlumat verib.
O bildirib ki, İstehsalat Birliyi sayğaclara, qaz xəttinə kənar müdaxilə zamanı dəymiş ziyanı hesablaya bilər, lakin onun hesabat metodikasının dövlət tərəfindən hüquqi sənədlə təsdiqi yoxdur:
“Məhkəmə işləri zamanı bəzi məqamlarda yeganə hüquqi cəhətdən çətinliyimiz bundan ibarət olur. Lakin, yaxın zamanda müvafiq hesabat metodikası hüquqi sənədlə təsdiqini tapacaq”.