Mayın 24 -də Abşeron rayonunun Xirdalan şəhərindəki H.Əliyev Mərkəzində tanınmış şair Mürvət Qədimoglu Həkərinin “Qayıt yurda, qayıt” kitabının təqdimatı keçirildi.Kitabda düşmən tapdagından azad edilmiş torpaqlarımızın azad olma sevinciylə oxucularını sevindirdi.
Bu kitab şairin 70 illik yubileyinə özünün hədiyyəsi idi…
Tədbiri giriş sözü ilə rayonun “Abşeron” qəzetinin baş redaktoru Şəhla x.Agbulud açdı.
H.H.Əliyevin və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edildi.Sonra şairin yaradıcılıgını sevən, onunla sevinclərini bölməyə gələn şair, dostları və yaxınlar çıxışlara başladılar.
Çıxış edənlər şairin bu kitabından -Azərbaycan , Türküyə, işgaldan azad edilmiş rayonlarımıza,Mədəniyyət Mərkəzi Şuşaya həsr olunmuş şeirlər məktəblilərin ifasında daha yaxşı səsləndi
Tanınmış şairlərdən Elbrus Xəyal, Namiq Məna,Hafiz Rüstəm,Xalıq Laçınlı,”Xəzan”jurnalının baş redaktoru Əli bəy Azəri, mügənni Təyyar Mirzəyev,şeirləri özünəməxsus ifa edən Xanlar Zəngilanlı və digər söz ustaları Mürvət Qədimoglunun həyat və ədəbi yaradıcılıgından geniş söhbət açaraq qeyd etdilər ki, o gözəl şair olmaqla yanaşı həm də gözəl insan, sadiq dost,mehriban ailə başçısıdır.
Bu ziyalını təbrik edənlərdən biri DAMM və SİMİB in fəxri üzvü, “Yazarlar” ın ictimaiyyətlə əlaqə üzrə meneceri Nəzakət Kərimova Əhməgova olmuşdur
O, şairə ,təşkilatımız..
haqqında ,bu sahədə görülən işlər barədə məlumat verdi və ona əməkdaşları adından ədəbi yaradıcılıgında tükənməyən ugurlar dilədi.
Söz yubilyara verildi .O öz şeirlərində bir neçəsini oxudu….
Mürvətəm agrısı acısı çoxdur
Yurd həsrəti qəlbi didən bir oxduŕ
Sonra ölsəm bir qorxusu yoxdur
Döz ürəyim Qubadlıya dönüncə..
**Qalxın,durun getməyə,
Arzu kama yetməyə,
Düşməni məhv etməyə
Coşur damarda qanım
Qubadlım ,Zəngilanım!!
Sonda xatirə şəkilləri çəkildi…..
Nəzakət Kərimova Əhmədova,
AJB üzvü, “Xarıbülbül””ədəbi məclisin sədri
yazar,publisist