Qaydalara məhəl qoymadan işləyən kafe aşkarlanıb – VİDEO

0
368

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında operativ qərargahın tapşırığına əsasən, Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonunda xidmət göstərən kafe, restoran və çay evləri səhər saat 8-dən axşam saat 18:00-a qədər fəaliyyət göstərə bilər. Ancaq qaydalara məhəl qoymayan ictimai iaşə obyektləri də var.

Sumqayıt şəhərində axşam saat 21:00 radələri olmasına baxmayaraq, müştəri qəbul edən restoran aşkarlanib.

Görüntülər şəhərin Nəsimi adına mədəniyyət və istirahət parkı ərazisində fəaliyyət göstərən “Alenia” restoranında qeydə alınıb.

Axşam saatlarında kafe qanunlara məhəl qoymadan tam heyətlə işinə davam edir. Gələn müştərilərə “qapımız açıqdır” deyərək, onları ürəkləri istədikləri yerdə əyləşdirirlər.

Çəkiliş apararkən bəzi müştərilər tələsik avtomobillərinə əyləşərək restoranı tərk ediblər.

Özünü təqdim etmək istəməyən restoran sahibi isə müxtəlif bəhanələr gətirərək, “cavan uşaqlardır, yox deyə bilmirik” söyləyərək, özünə haqq qazandırmağa çalışıb.