Qaxda “Şəhidlərdən yazan qələm” adlı tədbir keçirildi

0
99

Azərbaycanın dilbər guşələrindən biri olan Qax rayonunda olduq.

Ele bölgemiz yoxdur ki, orda şəhid adı çəkilməsin.
Qax rayonunda Antiterror əməliyyatları zamanı şəhadətə ucalmış şəhid Leytenant Mirzəyev Fərid Namiq oğlunun evində olduq.
Fərid Mirzəyev ailəli idi,Vətən əmanəti 3 övladı var.

Regionlardan gələn şəhid ailələri ilə birlikdə Qax rayon Şəhidlər xiyabanını ziyarət etdik.

Sonra Qax rayonu Heydər Əliyev mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəşin Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinə həsr etdiyi kitabların təqdimatı keçirildi. Tədbirdə Qax rayon icra hakimiyyətinin nümayəndələri, Mədəniyyət Mərkəzinin nümayəndələri, Heydər Əliyev mərkəzinin işçi heyəti, idarə, müəssisə, təşkilat rəhbərləri, hüquqi mühafizə orqanları, region şəhid ailələri, qazilər iştirak etirdilər.

Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Giriş sözünü rayon icra hakimiyyətinin müavini Vəfa xanım açdı.

Sonra kitabın müəllifi Esmira Günəş çıxış edərək , yazdığı kitablardan danışdı.

Tədbirdə musiqi, şeirlər, kompozisiyalar nümayiş edilmişdir. Şəhid ailələrinə , qazilərə , şəhidlərimizin övladlarına söz verilmişdi.

Tədbir alqışlarla qarşılanmışdır. Şairə xanım gözəl təşəbbüsünə görə şəhid ailələri tərəfindən gül buketləri və hədiyyələrlə mükafatlandırılmışdır. Həmçinin Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi tərəfindən Fəxri Fərmana layiq görülmüşdür.

Onu da qeyd edək ki, Şəhid Sərxan Bilalovun həyat yoldaşı Ayna xanım və şəhid Fərid Mirzəyevin həyat yoldaşı Rəşidə xanım tərəfindən 2023-cü ildə şəhid olan qəhrəmanların şəkillərindən ibarət böyük bir plokat hazırlanaraq həmin gün Qax Rayon Heydər Əliyev Mərkəzinə hədiyyə olunmuşdur. Şairə Esmira Günəş isə tədbirində iştirak edən şəhid ailələrinin şəhidlərinin şəkillərindən ibarət mərkəzdə tədbir boyu göz oxşayan sərgi yaratmışdı. Tədbirin sonunda şairə xanım şəhid ailələrinə və Heydər Əliyev Mərkəzinin fonduna kitanlarını hədiyyə etdi.

Təranə Alməmmədova.

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri