Qaxda da külli miqdarda çətənə kolu məhv edilib – FOTO

0
320

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Marsan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 500 kiloqram olan 4 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Qeyd edək ki, daxili işlər orqanlarının əməkdaşları tərəfindən Goranboyda da yabanı halda bitən 1 ton 320 kiloqram çəkidə narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.