Qatlanan “Samsung Galaxy Fold” smartfonu sentyabrın 6-dan satışa çıxarılacaq

0
438

Qatlanan “Samsung Galaxy Fold” smartfonu sentyabrın 6-dan başlayaraq Cənubi Koreyada satışa çıxarılacaq.

Bu bərədə diller şəbəkəsində olan mənbə bildirib. Mənbənin məlumatına əsasən, qurğunun pərakəndə satış qiyməti 2,4 milyon von (1980 dollar) olacaq. “Samsung Electronics” kompaniyası bu məlumata şərh verməkdən imtina edib.

Əvvəlcə “Galaxy Fold” smartfonlarının satışı bu ilin yaz aylarına planlaşdırılmışdı. Lakin çoxsaylı nasazlıqlar səbəbindən yeni smartfonun buraxılışı təxirə salınmışdı. Kompaniya sonradan həmin modelin təkmilləşdirilməsi üzərində işlər aparıb və ekranın keyfiyyətini yaxşılaşdırıb.

“Galaxy Fold” “Samsung” kompaniyasının ilk qatlanan smartfonudur. O, qatlanmış vəziyyətdə telefon, açıq vəziyyətdə isə planşet kimi istifadə olunur. Qurğu 4,6 və 7,3 düymlük iki ekrana malikdir.