Hindistanın mərkəzi hissəsində yerləşən Maharaştra ştatında yük qatarının dəmir yolunda yatan miqrantları vurması nəticəsində azı 17 nəfər həlak olub.
Maşinist dəmiryolunda yatan miqrantları gördükdən sonra qatarı dayandırmağa çalışsa da, artıq gec olub.
Yaralılar Auranqabad xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.