Qaşıq vasitəsilə dələduzluq etdilər – Foto

0
410

Qaşıq vasitəsilə dələduzluq etdilərQazax rayonunda iki tanış öz aralarında plan quraraq mağaza satıcılarını aldadıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax sakini iki nəfər naməlum şəxsin onun mağazasına daxil olaraq dələduzluq yolu ilə 250 manat pulunu mənimsədiyini bildirib.

Dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş, Ağstafa rayon sakinləri 57 yaşlı Hüseyn Nuriyev və 60 yaşlı Məzahir Mirzəyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslərdən Hüseyn Nuriyev əvvəlcədən hazırlanan plan əsasında əlində bir neçə qaşıq dəsti ilə mağazaya daxil olub. Müəyyən müddət sonra isə Məzahir Mirzəyev gələrək “tanımadığı” H. Nuriyevin əlindəki qaşıqları qədimi olduğu üçün almaq istədiyini bildirib. Müəyyən “razılaşma”dan sonra o, mağaza satıcısından 250 manat borc alaraq H.Nuriyevə verib, qaşıqları isə mağazada girov qoyaraq geri qayıdacağını bildirib.

Dindirilmə zamanı onlar, törətdikləri cinayət əməlini etiraf ediblər və bildiriblər ki, rayon ərazisində digər bir mağaza satıcısını da eyni üsulla aldadaraq 150 manat pulunu mənimsəyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.