Qarlı şaxtalı hava şəraiti paytaxt yollarında ictimai nəqliyyatın hərəkətinə təsirsiz ötüşməyib.
Bəzi sərnişinlər əvvəlki günlərlə müqayisədə uzun müddət dayanacaqlarda avtobus gözlədiklərini ifadə ediblər.
Amma bəzi sərnişinlər ictimai nəqliyyat sarıdan bu gün çətinlik çəkmədiklərini bildiriblər.
Taksi xidmətindən istifadə edənlər isə qiymətlərin artmasından gileyləniblər.
Taksi sürücüləri qiymət artımının cüzi olduğunu qeyd ediblər. Onlar artımı hava şəraiti və yolların buzlu olması ilə əlaqələndiriblər.
Mövcud vəziyyətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, qurumun monitorinq mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Monitorinq mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti tam nəzarətə götürülüb, yarana biləcək problemlər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə dərhal yerində həll edilir. Yollar qardan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilir. Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə edilib.
Ətraflı süjetdə: