Qarışıq düşüncələrə tuş gələndə…

0
473

“Həyat sənin deyil, sən həyatınsan” kitabından

Bəzən həqiqətlərə inanmaq istəyirik, bəzən də yalanlara inanmaq…

Məncə, əslində bu dünyada nəyin doğru, nəyin yalan olduğunu ruhumuz bədənimizdən ayrılandan sonra dərk edəcəyik.

Bu dünya yalanmı, illüziyamı, həbsxanamı o zaman biləcəyik.

Amma nə qədər ki, ruhumuz bədənimizdə həbsdədir, yaşadığımız dünyanın qanunları ilə yola getmək zorundayıq. Baş əyməsək də olar. O zaman boynumuzu başqa səbəblərdən sınmaqdan qorumalıyıq.

İnsani keyfiyyətlərə görə çox varlıyıq, hətta heyvanlardan borc aldıqlarımız da var. Bürclərimizin əksəriyyəti heyvandı axı…

Heyvanların ətini yesək də onları qorumağı da bacarırıq. Bizə lazımdılar deyə, hər kəs faydalansın deyə…

… Yalanları da qoruyuruq. Bizə zərəri dəyməsin deyə.

Zərəri yaradan da bizik. Ondan qorunmağa çalışan da. “Yalandı, yalandı, yalandı dünya” deyənlərə “yalansız dünya olsun” deyə bağırmaq istəyirəm. Yalan olmasaydı, həqiqətlərə inanmaq istəməmək arzusu da olmazdı. Həbsdən qurtulardı hər kəs. “Xəyalımız gerçək olsun” deyə bir arzu var. Deməli, xəyaldamı yalandı? Arzu da yalandımı? Var olan həqiqət, var olmayan yalandımı? Yox, biz özümüzə təsəlli vermək üçün onlara başqa adlar qoyuruq, onları qorumağa çalışırıq. Əslində yalanlarımı qoruyuruq?

İnsani keyfiyyətlərə görə varlı olmağımız çox yaxşı imiş. Yoxsa müzakirə eləməyə mövzu tapmazdıq. Həqiqət və yalan kimi…

Sənubər