Qaribaşvili: Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi Gürcüstan üçün prioritetdir

0
264

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi gələn il də Gürcüstanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olacaq.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 18-də parlamentdə çıxışı zamanı söyləyib.

Hökumətin fəaliyyəti barədə illik hesabatı təqdim edən Baş nazir deyib ki, ölkə 2022-ci ildə də xarici siyasət istiqamətində konkret addımlar atacaq. Bu addımlardan biri də qonşu dövlətlərlə münasibətlərdir.

Onun sözlərinə görə, Türkiyə və Ermənistanla da əlaqələrin inkişafı diqqət mərkəzində olacaq.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan bölgədə mövcud potensialı maksimal olaraq istifadə edəcək və infrastruktur layihələri həyata keçirəcək.

İ.Qaribaşvili 2021-ci ildə ölkənin xarici siyasətinin çox uğurlu olduğunu bildirib.

“Bölgə ölkələrinə bir neçə uğurlu səfərlərim olub. Bu istiqamətdə əməkdaşlığı davam etdiririk. Region ölkələrinə səfərlər daha intensiv və ardıcıl olacaq”, – deyə Qaribaşvili vurğulayıb