Qarğıdalı saçağının inanılmaz faydaları

0
85

Qarğıdalı saçağının faydalarını bilənlər onu atdıqları üçün üzüləcəklər.

Bu saçaqların tərkibində yüksək miqdarda antioksidanlar, pəhriz lifi və minerallar var.

Saçaqdan hazırlanan təbii çay böyrək xəstəliklərini aradan qaldırmağa kömək edir. Şəkər xəstəliyinə qarşı müsbət təsiri də məlumdur. O, həmçinin yüksək qan təzyiqini balanslaşdırmağa kömək edir.

Bu çayı hazırlamaq üçün 1 stəkan qaynadılmış suyun üzərinə 1 xörək qaşığı qarğıdalı saçağı əlavə edin. 10-15 dəqiqə gözlədikdən sonra çayı süzüb limon əlavə edərək içə bilərsiniz.