Türkiyədə baş verən zəlzələnin izləri hələdə qəlblərdə yaşamaqdadır.
Azərbaycan xalqı qardaş ölkədə zəlzələnin baş verdiyi ilk gündən bir yumruq oldu, istər maddi, istərsə də mənəvi dəstəyini əsirgəmədi. Kiçik uşaqdan tutmuş, yaşlı, ahıl qocaya kimi hər kəs əlindən gələn bütün yardımı qardaş ölkə üçün etdi.
Edilən yardımlarla bərabər, zəlzələ bölgələrində ölkəmiz tərəfindən çadır şəhərcikləri salınıb.
“Xəzər Xəbər”in çəkiliş qrupu zəlzələdən ən çox zərər görən Kahramanmaraşda olub. Dəhşətli zəlzələdən sonra evsiz qalan ailələrin evləri indi bu çadırlardır.
Zəlzələ bölgəsi YAP-dan olan millət vəkilləri tərəfindən ziyarət edilib. Kahramanmaraş şəhərinin əhalisi ilə, universitet, bələdiyyə, Ticarət Sənaye Mərkəzinin rəhbərləri ilə görüşlər keçirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: