Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin vəzifədən azad edilməsi barədə yayılan məlumatlar əsassızdır.
Bunu açıqlamasında Ağstafa Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Leyla İsayeva deyib.
O bildirib ki, Aydın Hacıyev hazırda vəzifə başındadır.
Qeyd edək ki, ötən həftə Ağstafa rayon icra başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev külli miqdarda narkotik maddə ilə saxlanılıb.
Ötən gün isə Aydın Hacıyevin vəzifədən azad edilməsi barədə məlumat yayılıb.