Qarayev Məhəmməd Mahir oğlunun şəhid olmasının ildönümü qeyd olunub

0
60

Tədbirdə Qəbələ ,Oğuz, İsmayıllı, Sabirabad,Bakı, Göyçay, Kürdəmir, Bərdə, Mingəçevir şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin nümayəndələri, müəllim kollektivi,idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Qəbələ şəhər sakini, sərhəd qoşunlarının hərbi qulluqçusu şəhid Qarayev Məhəmməd Mahir oğlunun şəhidlik zirvəzinə ucalmasınln ildönümü ilə əlaqədar şəhidin məzarı ziyarət edilmiş, üzərinə gül dəstələri düzülərək, xatirəsi anılmış, ruhuna dualar oxunmuşdur.
Şəhidin valideynləri çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirmişdir.
Şəhid valideynləri çıxış edərək şəhidin ailəsinə başsağlığı vermişdir.
Şəhidin adına toxunmuş xalça onun anası Könül müəlliməyə hədiyyə edilmişdir.
Hər zaman şəhidlərimizə dəyər verən müəllimələr , yazarlar Azərbaycanın milli kələyağısi hədiyyə edilmişdir.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və inkişaf Mərkəzinin Qəbələ regional rəhbəri