Qaradağdakı uşaq xəstəxanası nə vaxt təmir ediləcək? – AÇIQLAMA

0
289

Sosial şəbəkədə Qaradağ rayonu 4 saylı uşaq xəstəxanasının bərbad vəziyyətdə olmasına dair fotolar paylaşılıb.

Söhbət paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 4 saylı uşaq xəstəxanasından gedir.

İddia edilir ki, hazırda səhiyyə müəssisəsi bu vəziyyətdədir.

TƏBİB-in mətbuat xidmətindən məsələ ilə bağlı verilən məlumata görə, ölkə ərazisində müşahidə edilən pandemiya ilə əlaqədar tibb müəssisələrinin yanvar ayından başlanılan təhvil-təslim məsələləri bir qədər gecikir:

“Hazırda sözügedən xəstəxananın bu vəziyyətdə olub-olmadığı ilə bağlı bir söz deyə bilmərəm. Amma bu gün respublika ərazisində bizə təhvil-təslim edilən tibb müəssisələri arasında pis vəziyyətdə olan, təmirə ehtiyacı olan müəssisələr var. Bununla bağlı TƏBİB tərəfindən müvafiq layihələr hazırlanırdı. Lakin koronavirusla bağlı layihələrin hazırlanma prosesi və icrası qeyri-müəyyən müddətə dayandırılıb.

Həmin tibb müəssisələrin strukturu, cari vəziyyəti ilə bağlı işçi qruplarımız yerindəcə monitorinqlər aparırdı. Lakin TƏBİB-ə təhvil-təslim prosesi tamamlanmadığı üçün onların bərpası istiqamətində görüləcək işlərin nə zaman başlayacağı məlum deyil”.