Alkoqoldan imtina etdikdən sonra qaraciyər bərpa oluna bilər.
Qastroenteroloq Sofya Bakayeva “Telegram”da qaraciyərlə bağlı ilginc fakt açıqlayıb.
Həkim izah edib ki, əvvəlcə alkoqol qaraciyərdə piylənməyə, yağ isə bu orqanın iltihabına səbəb olur. “Bu iltihaba cavab olaraq, qaraciyər çapıq toxuması (fibroz) istehsal edərək özünü sağaltmağa çalışır. Belə davam edərsə, bütün qaraciyərdə çapıqlar olacaq – bu mərhələ sirroz adlanır”, – deyə Bakayeva bildirib.
Bununla belə, həkim əmin edib ki, alkoqoldan imtina etsəniz, qaraciyər bərpa oluna bilər. O, qaraciyər xəstəliyi olan insanlar üçün orqanın bərpasının üçün bir neçə həftə, qaraciyərin iltihabı və ya erkən fibrozlu insanlar üçün bir neçə ay çəkdiyini söyləyib.
Bir insanda sirroz, ağır fibroz və ya ağır qaraciyər çatışmazlığı varsa, spirtdən imtina etmək də faydalı olacaq. Bakayevanın sözlərinə görə, bu, ölüm və qaraciyər çatışmazlığının pisləşməsi riskini azaldacaq.