Qaraciyər yağlanmasının qarşısını alan meyvə: Tapsanız, hər gün yeyin

0
161

Günümüzdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olan qaraciyər yağlanması Türkiyədə hər 2 adamdan birində müşahidə edilir.

Bu sözləri Qidalanma və Pəhriz Mütəxəssisi Merve Bayram deyib.

Onun sözlərinə görə, qaraciyər yağlanması ümumiyyətlə piylənmə ilə əlaqəli bir xəstəlikdir. Qaraciyər yağlanmasının müalicəsinin olmadığını deyən mütəxəssis bildirib ki, bunun üçün yeganə müalicə üsulu pəhriz və fiziki aktivliyi artırmaqdır:

“Qaraciyər yağlanmasını azaltmaq pəhriz ilə daha yaxşı olur. Maraqlısı budur ki, qaraciyərdə yağ nisbətinin azalması ultrasəs müayinəsi ilə araşdırıldığında, pəhriz terapiyası ilə yanaşı, zoğal yeyən adamlarda çox ciddi azalma müşahidə olunub.

Apardığımız 8 həftəlik araşdırma nəticəsində məlum oldu ki, zoğalın istehlakı bədən çəkisini və bel ətrafındakı yağları azaldır.

Bundan əlavə bu meyvədən tibbdə müxtəlif xəstəliklərin qarşısını almaq və müalicə etmək üçün istifadə olunur. Soyuqdəymə, qrip və sidik yollarının iltihabı, ishal, qəbizlik, mədə-bağırsaq xəstəlikləri, öskürək, bronxit və şəkər xəstəliyində geniş istifadə olunur. Zoğal antosiyaninlərlə çox zəngindir”.