Qarabağla bağlı bu çıxış erməniləri dəli edib – Rusiyadan soruşmaq lazımdır ki..

0
133

Qərb ölkələri açıq şəkildə bəyan edirlər ki, onlar Ermənistana təhlükəsizlik zəmanəti verməyə hazır deyillər”.

Bunu Ermənistanın “Demokratik alternativ” partiyasının sədri, politoloq Suren Surenyants deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz bir çox digər regionlar kimi, Rusiya ilə Qərb arasında qarşıdurmanın mərkəzindədir.

“Son bir neçə ay ərzində bu, Ermənistan-Azərbaycan münasibətləri kontekstində aydın şəkildə özünü büruzə verir. Biz qeyd etməyə məcburuq ki, bu yolla bizim regionda Ermənistan-Azərbaycan münaqişəsinə daha bir münaqişə əlavə olunub ki, bu da öz dərinliyi və nəticələrinə görə bəlkə də daha təhlükəlidir. Beynəlxalq birləşmiş səylər olmadığı halda, yaxın gələcəkdə münasibətlərin nizamlanması üçün təminatların və ya ilkin şərtlərin olacağına inanmaq sadəlövhlükdür. Qərb tərəfdaşları bizimlə çox səmimidirlər. Onlar Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərilərinə götürməyə hazır olmadıqlarını söyləmək şansını əldən vermirlər”, – Surenyants bildirib.

Surenyants Qərbin Azərbaycanla bağlı sərgilədiyi haqlı mövqeyindən narahat olduğunu dilə gətirib:

“Rusiya XİN-in nəyə görə tənqid oluna biləcəyini mikroskop altında araşdıran erməni qərbpərəstlər Qərb siyasətçilərinin, məsələn, amerikalı həmsədr Lyuis Bono və ya Aİ nümayəndəsi Toivo Klaarın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılmasının qanuniliyi haqqında bəyanatlarına çox laqeyd yanaşırlar. Bu insanlar hətta simvolik sanksiyalara belə hazır deyillər. Eyni zamanda, Rusiyaya qarşı 10-cu sanksiyalar paketi artıq qəbul edilir. Klaar isə daha da irəli gedib. Əliyevlə görüşdən sonra bildirib ki, Azərbaycanın gündəliyi yollarda hərəkətin şəffaflığını təmin etməkdir. Laçın dəhlizi legitimdir. Qərb zəmanətidir?”

Erməni politoloq Rusiya və Qərbə gərginliyi artıracaq çirkin çağırışlar da edib:

“Ermənistan hakimiyyəti beynəlxalq aktorlar qarşısında Bakının məsuliyyəti məsələsini qaldırmalı idi. Rusiyadan soruşmaq lazımdır ki, o, Azərbaycana nə dərəcədə dözməyə hazırdır, sülhməramlıların “qırmızı xətləri” haradadır? Və Qərbdən soruşmaq lazımdır ki, onlar Azərbaycana qarşı sanksiyaları nə vaxt tətbiq edəcəklər. Rusiya Federasiyasından tutmuş ABŞ-a kimi istənilən ölkənin Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə münasibətləri həll olunmayana qədər Ermənistanın qeyd-şərtsiz müttəfiqi olacağına inanmaq sadəlövhlükdür. Heç kim Ermənistanın Türkiyə və ya Azərbaycana qarşı müttəfiqi olmaq istəmir. Çünki onlar təkcə Moskva üçün deyil, həm də Qərb üçün vacibdir”.

“Aİ və ya ABŞ-ın enerji sektorunda strateji tərəfdaşa, eləcə də NATO daxilində müttəfiqinə (Türkiyə) qarşı sanksiyalar tətbiq edəcəyini təsəvvür etmək də çətindir. Qərb tərəfdaşları bunu gizlətmir və deyirlər ki, onların strateji məqsədi regionda Rusiya və İranın təsirini məhdudlaşdırmaqdır”, – Surenyants deyib.

Görünür, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak etdiyi plenar iclasda, eyni zamanda bütün beynəlxalq konfranslarda Azərbaycan Prezidenti İlham Əliyevin tarixi çıxışları nə erməni baş nazirə, nə də xalqına dərs olmayıb.

Əliyev dəfələrlə qeyd etdiyi ifadəni – Azərbaycanda “Dağlıq Qarabağ” adlanan inzibati-ərazi vahidin olmadığını bir daha söyləyib: “Ümumiyyətlə “Dağlıq Qarabağ” ifadəsi yoxdur. Tərəfdaşlarımızdan xahiş edərdim ki, Azərbaycanın ərazi bütövlüyünə və konstitusiyasına hörmət etsinlər”

Qarabağda ermənilərin blokadada olması iddiasını səsləndirən Paşinyana Azərbaycan Prezidenti sərt cavab verib: “Azərbaycanın Qarabağ regionu mövcuddur. Orada Ermənistan sakinləri yaşayır. Biz haradansa göndərilən şəxslə (Vardanyan) danışıqlar aparmayacağıq. Həmin şəxsin Qarabağdan İrəvana getməsi, oradan Rusiyaya getməsi, sonra İrəvana və Qarabağa qayıtması bir daha onu sübut edir ki, heç bir blokadadan söhbət gedə bilməz”.

Ermənilərin iddia etdikləri “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə gəlincə, artıq bütün dünyaya bəllidir ki, belə bir münaqişə yoxdur. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi öz həllini tapıb və keçmişdə qalıb. Ömrü 30 il çəkən münaqişə 44 günə həllini tapıb.